Bank Of Baku

TQDK sədri: “Fənlər üzrə məhdudiyyətlər saxlansaydı, magistratura imtahanlarında II mərhələyə ötən ilkindən də az bakalavr keçəcəkdi”

TQDK sədri: “Fənlər üzrə məhdudiyyətlər saxlansaydı, magistratura imtahanlarında II mərhələyə ötən ilkindən də az bakalavr keçəcəkdi”
# 25 fevral 2011 14:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəmi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə açıqlayıb. Onun sözlərinə görə, ikinci mərhələyə keçən bakalavrların 3714-ü oğlan, 4026-sı qızdır.

M. Abbaszadənin sözlərinə görə, bakalavrların 6652-si 50 baldan yuxarı, 1009-u 45-50 bal, 26-sı 40 baldan yuxarı bal toplayıb. Ümumilikdə bütün bakalavrların təxminən 50%-i 45 baldan yuxarı nəticə göstərib: “Ötən il kənd təsərrüfatı ixtisası üzrə magistraturaya qəbul olan olmamaışdı. Ona görə də bu ixtisaslar üzrə keçid balını 40 baldan yuxarı götürdük. İmtahanda bu ixtisaslar üzrə 26 nəfər 40 baldan yuxarı nəticə göstərib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə 53 nəfər 40 bal toplayıb”.

M. Abbaszadə bakalavrların 50 faizinin 45-dən yuxarı baldan toplamasını Azərbaycan üçün reallıq sayır: “50 baldan yuxarı nəticə göstərənlər üçün fənlər üzrə heç bir məhdudiyyət yoxdur. Əgər fənlər üzrə məhdudiyyətlər saxlansa idi, o zaman ötən ilkindən az bakalavr II mərhələyə keçəcəkdi. Amma biz deyə bilmərik ki, bakalavrlarımızın səviyyəsi aşağıdır. Biz onların bilik səviyyəsini deyil, gələcəkdə elmlə məşğul olmaq imkanlarının oub-olmadığı yoxlayırıq. Amma biliyi yalnız informatika və ingilis dilindən yoxlamışıq. Bəzi bakalavrlar informatika, bəziləri isə ingilis dilindən zəif nəticə göstərib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR