Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bəzi normativ aktlarına əlavə və dəyişiklik edilib

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bəzi normativ aktlarına əlavə və dəyişiklik edilib
# 29 aprel 2011 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın qəbul etdiyi bəzi normativ-hüquqi aktlara “Dövlət qulluğu haqqında” qanuna və “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə ölkə prezidentinin fərmanına edilən dəyişikliyə uyğun olaraq müvafiq əlavə və dəyişikliklər edilib. Komissiyadan APA-ya verilən məlumata görə, “Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”na edilən əlavəyə əsasən, dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərin yoxlanılması haqqında test blokuna Azərbaycan Respublikasının dövlət dili üzrə bilikləri yoxlayan test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulub. Dövlət dili üzrə bilikləri yoxlayan test tapşırıqları Azərbaycan dili üzrə bilikləri müəyyən etmək üçün hazırlanır.

”Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanlarının təşkili, keçirilməsi və qiymətləndirilməsinin aparılması Qaydaları”na edilən əlavəyə əsasən, dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərin yoxlanılması üçün 15 test tapşırığından ibarət test blokuna Azərbaycan dili üzrə test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulub. Eyni Qaydalara edilmiş dəyişikliyə əsasən məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün müəyyən olunan minimum keçid balı ləğv edilib. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə ölkə prezidentinin fərmanına edilən dəyişikliyə uyğun olaraq həmin Qaydalarda inzibati vəzifələrin 6-7-cı təsnifatlarına uyğun olan vəzifələr üzrə keçid balı 75 bal müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR