Bank Of Baku

Təhsil Nazirliyində “Şahmat dünyası” multimedia sisteminin təqdimatı keçirilib - FOTO

Təhsil Nazirliyində “Şahmat dünyası” multimedia sisteminin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 29 aprel 2011 11:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Təhsil Nazirliyi və “Çaşoğlu - Mutimedia” şirkətinin birgə layihəsi çərçivəsində “Şahmat dünyası” multimedia sisteminin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu sistem ölkə prezidentinin 2009-cu ilin mayında təsdiqlədiyi “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na əsasən hazırlanıb.

Nazir deyib ki, hazırda “Şahmat dünyası” multimedia sisteminin ikinci hissəsinə hazırlıq işləri görülür. Buraya Azərbaycan şahmatçılarının yaradıcılığı, debüt hazırlığı, taktika və kombinasiyalar, şahmat praktikasında rast gəlinən mübahisəli hallar, klassik bəstələr, dünya çempionlarının 101 miniatürü və s. bölmələr daxil ediləcək. Bundan başqa, şahmat tarixində ən vacib sayılan 15 adda tədris vəsaitinin tərcümə edilməsi və onun elektron multimedia sisteminin hazırlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR