Bank Of Baku

BDU-da gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilir - FOTO

BDU-da gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilir - <font color=red>FOTO</font>
# 29 aprel 2011 11:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfransı öz işinə başlayıb. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, konfransın plenar iclasını açan rektor Abel Məhərrəmov onun əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib. Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə və Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunan beynəlxalq konfransa Rusiya, Türkiyə, İran, Polşa, Çexoslovakiya və digər ölkələrdən materiallar təqdim edilib. BDU-nun 34 beynəlxalq proqram və qrant üzərində işlədiyini deyən rektor bununla təkcə Azərbaycanın neftinə deyil, həm də elminə investisiya qoyulduğunu diqqətə çatdırıb.
Biologiya fakültəsinin dekanı Akif Quliyev isə “Müasir biologiyanın son nailiyyətləri” adlı məruzə ilə çıxış edib. Professor konfransın işini «Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya», «Onurğalılar və onurğasızlar zoologiyası», «İnsan və heyvan fiziologiyası və genetika», «Ekologiya, botanika, mikrobiologiya və torpaqşünaslıq» adlı bölmələrdə davam etdirəcəyini, ümumilikdə 103 məruzənin dinləniləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR