Bank Of Baku

Yunanıstanın İndianapolis Universitetinin nümayəndələri ADU-nun rektoru Səməd Seyidovla görüşüblər – FOTO

Yunanıstanın İndianapolis Universitetinin nümayəndələri ADU-nun rektoru Səməd Seyidovla görüşüblər – <font color=red>FOTO </font>
# 29 aprel 2011 13:05 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Yunanıstanın İndianapolis Universitetinin nümayəndələri - rektor Vasils Botopoulos və prorektor Susie Mixailidislə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Seyidov qonaqları salamlayaraq ADU ilə İndianapolis Universiteti arasında əlaqələrin gələcəkdə hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığına zəmin yaradacağına inamını ifadə edib.

Qonaqlar İndianapolis Universitetinin Yunanıstanın aparıcı təhsil ocaqlarından biri olduğunu deyərək təmsil etdikləri təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin geniş olduğunu söyləyiblər. Sonra gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Bir sıra birgə proqramların hazırlanması və həyata keçirilmə imkanları haqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR