Bank Of Baku

Gənclər və İdman Nazirliyində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ilə bağlı təkliflər müzakirə olunub

Gənclər və İdman Nazirliyində  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ilə bağlı təkliflər müzakirə olunub
# 29 aprel 2011 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyində Gənclərlə İş üzrə İctimai Şura tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanması ilə bağlı müzakirələr aparılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, proqramın hazırlanması ilə bağlı ölkə prezidenti aprelin 6-da sərəncam imzalayıb, dövlət orqanları və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

Gənclər Proqramının daha effektli fəaliyyət göstərməsi üçün gənclər təşkilatlarının da təkliflərinə böyük ehtiyac olduğunu deyən İ. Babayevin sözlərinə görə, Gənclər və İdman Nazirliyində bu məqsədlə aidiyyatı qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Nazirliyin internet saytında gənclərin təkliflərini qəbul etmək üçün xüsusi elektron poçt fəaliyyətə başlayıb.

İ. Babayev gəncləri Dövlət Proqramının hazırlanmasında fəal iştirak etməyə çağırıb. Dövlət Proqramının əsas iştirakçıları gənclər olacaq. Buna görə də səslənən təkliflər gənclərin marağını əks etdirməlidir.

Nazir müavini onu da qeyd edib ki, Dövlət Proqramında Azərbaycanda gənclər mərkəzinin yaradılması da nəzərdə tutulub: “Gənclərin asudə vaxtının təşkili, müxtəlif aksiyaların təşkil edilməsi üçün beynəlxalq standartlara cavab verən Azərbaycan Gənclər Mərkəzi inşa ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR