Bank Of Baku

TQDK mayın 1-də Azərbaycanın 25 şəhərində sınaq imtahanı keçirəcək

TQDK mayın 1-də Azərbaycanın 25 şəhərində sınaq imtahanı keçirəcək
# 29 aprel 2011 14:07 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılacaq. İmtahanda iştirak etmək üçün 32045 nəfər qeydiyyatdan keçib. Sınaq imtahanında iştirakçılara yeni - 4 nömrəli test kitabçası təqdim olunacaq.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

TQDK-dan bildirilib ki, mayın 15-də keçiriləcək sınaq imtahanlarına Bakı şəhəri istisna olmaqla yazılış hazırda davam edir. Bakı şəhərində mayın 15-də keçiriləcək sınaq imtahanlarına abituriyentlər mayın 2-dən etibarən yazıla bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR