Bank Of Baku

Azərbaycan prezidenti AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb
# 29 aprel 2011 14:20 (UTC +04:00)
APA-nın məlumatına görə, sərəncamda AMEA-nın Mərkəzi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə “Akademiya şəhərciyi” ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsinin təmin olunması, AMEA Rəyasət Heyətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməsi, AMEA Rəyasət Heyətinin neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməsi, AMEA-nın “Akademiya şəhərciyi” ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmirinin 2011-2012-ci illərdə həyata keçirilməsi, Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsinin AMEA Rəyasət Heyəti ilə birlikdə AMEA-nın “Akademiya şəhərciyi” ərazisindəki qeyri-akademik qurumların köçürülməsini təmin etməsi nəzərdə tutulur.

Sərəncamdan irəli gələn məsələləri həll etmək isə Nazirlər Kabinetinə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR