Bank Of Baku

Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb
# 29 aprel 2011 14:42 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 760 kub metr, yəni ongünlük normanın 107 faizini (2010-cu ildə 1030 m3/san olmaqla ongünlük normanın 145 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi saniyədə 172 kub metr, yəni ongünlük normanın 97 faizini (2010-cu ildə 384 m3/san olmaqla ongünlük normanın 216 faizini) təşkil edir.

Son günlər yağan yağışlarla əlaqədar Kür çayında və onun qollarında sululuğun artması nəticəsində Kürün aşağı axınında səviyyənin artımı müşahidə olunub. Belə ki, son beş gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 87 sm, Şirvanda 86 sm, Salyanda 79 sm, Bankədə 36 sm, Araz çayının Novruzlu məntəqəsində isə 105 sm artıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 710 sm (2010-cu il 29 apreldə 832 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 610 sm (2010-cu il 29 apreldə 737 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 365 sm (2010-cu il 29 apreldə 459 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 521 sm (2010-cu il 29 apreldə 751 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 430 sm (2010-cu il 29 apreldə 602 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR