Bank Of Baku

Azərbaycan prezidenti Sabunçu rayonunda yeni poliklinikanın tikintisi üçün 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Sabunçu rayonunda yeni poliklinikanın tikintisi üçün 2 milyon manat ayırıb
# 29 aprel 2011 16:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti Sabunçu rayonunda yeni poliklinikanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncam əsasında Sabunçu qəsəbəsində yeni poliklinikanın tikintisi və onun lazımi avadanlıqla təchizatı üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabunçu rayonu İcra Hakimiyyətinə iki milyon manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR