Bank Of Baku

FHN-nin Cənub Regional Mərkəzi Lerik rayonunda maarifləndirmə tədbirləri keçirib

FHN-nin Cənub Regional Mərkəzi Lerik rayonunda maarifləndirmə tədbirləri keçirib
# 29 aprel 2011 17:27 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi müəllim və şagird heyətinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədilə Lerik şəhər 3 saylı və rayonun Çayrud kənd orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbirləri keçirib. APA-nın yerli bürosunun məlumatına görə, Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsinin həkimi Murad Zərbiyev “Elektrik və ildırımvurma zamanı ilk tibbi yardım”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Elçin Mustafayev “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları” və Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov “Evlərin və mənzillərin texnogen qəzalara hazırlanması” mövzusunda məruzələrlə çıxış edərək, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Daha sonra məktəblilərin fövqəladə hallar sahəsində intellektual səviyyəsini yoxlamaq məqsədilə “Müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı hansı davranış qaydalarına əməl olunmalıdır?” mövzusunda suallar paylanılıb. Cavablandırılan suallar Mərkəz əməkdaşları tərəfindən qiymətləndirilib və düzgün cavab verən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Qəza radiasiya zədələnmələrinin diaqnozu necə qoyulmalı və ilk cavab tədbirlərini necə görməli?” mövzularında bukletlər tədbir iştirakçılarına paylanıb, həmçinin Mərkəzin fəaliyyəti ilə bağlı video, foto-slaydlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları və fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR