Bank Of Baku

Bakıda İmplantoloqların IV Beynəlxalq Xəzər Konfransı keçiriləcək

Bakıda İmplantoloqların IV Beynəlxalq Xəzər Konfransı keçiriləcək
# 30 aprel 2011 07:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan İmplantoloqlar İctimai Birliyinin (AİİB) təşəbbüsü və təşkilatçılığı ilə mayın 6-8-də İmplantoloqların IV Beynəlxalq Xəzər Konfransı keçiriləcək. Birlikdən APA-ya verilən məlumata görə, bu konfrans ənənəvi olaraq, iki ildən bir təşkil olunur. Tədbirin sponsorları MİS, CaspiDent, Lacalut, ForestaDent və Sirona şirkətləridir.
İlk dəfə 2005-ci ildə keçirilən İmplantoloqların Beynəlxalq Xəzər Konfransının əsas məqsədi Azərbaycan stomatologiyasının inkişafı üçün həkimlərin implantoloji bilik və bacarıqlarını inkişaf etdirməkdir. Bu ilki konfransa yerli mütəxəssislərlə yanaşı, Almaniya, İtaliya, Türkiyə, Yunanıstan, Rusiya, Cənubi Koreya, Ukrayna və Qırğızıstan kimi ölkələrdən həkim və texniki işçilər qatılacaq. Konfrans öncəsi - mayın 5-6-da yerli həkim və texniki işçilərə master-klasslar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR