Bank Of Baku

“Ətraf mühiti qoruyaq” rəsm müsabiqəsinin nəticələri açıqlanıb

“Ətraf mühiti qoruyaq” rəsm müsabiqəsinin nəticələri açıqlanıb
# 30 aprel 2011 10:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə keçirilən “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilərin respublika rəsm müsabiqəsinin nəticələri açıqlanıb. APA-nın məlumatına görə, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, rəsm müsabiqəsi 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaşlar) və 3 mərhələ (məktəb, rayon, şəhər, respublika) üzrə respublikanın müxtəlif regionlarında keçirilib. Müsabiqənin məktəb və rayon mərhələsində 2000-dən artıq məktəbli öz rəsmlərində ana yurdun zəngin təbiətini, misilsiz təbii sərvətlərini, ətraf mühitin ekoloji vəziyyətini və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə görülən işləri əks etdiriblər.

Müsabiqənin respublika mərhələsinə 52 rayon və şəhərdən təqdim olunan 360-a qədər yaradıcılıq işində məktəblilər ətraf mühitin ekoloji problemlərini, təbiətin gözəlliklərini əks etdiriblər. İştirakçılar arasından I, II və III yerlər üzrə 9 qalib seçilib. Qaliblər TN-nin hədiyyələri ilə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR