Bank Of Baku

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Koreyada rəsmi səfərdə olub

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Koreyada rəsmi səfərdə olub
# 30 aprel 2011 10:47 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində P. Y. Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında geniş tərkibli görüş keçirilib.

Görüşdə iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib. Həmçinin, 23 aprel 2007-ci il tarixində Seul şəhərində imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun müddəalarının yerinə yetirilməsi məsələləri nəzərdən keçirilib.

Səfər çərçivəsində Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq olub.

Həmçinin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müxtəlif avadanlıqların istehsalı ilə məşğul olan bir sıra Koreya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR