Bank Of Baku

Axısxa türklərinin Gürcüstan ərazisindəki tarixi yurdlarına qayıtmalarına gələn ilin əvvəllərində başlana bilər

Axısxa türklərinin Gürcüstan ərazisindəki tarixi yurdlarına qayıtmalarına gələn ilin əvvəllərində başlana bilər
# 30 aprel 2011 10:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Axısxa Türklərinin «Vətən» Cəmiyyətinin İdarə Heyətinin sədri Şəmsəddin Sərvərov bildirib.

Axısxa türklərinin Gürcüstana qayıdışı ilə bağlı rəsmi Tiflisin Avropa Şurası qarşısında götürdüyü öhdəliyin müddətinin bu il başa çatdığını deyən Ş. Sərvərovun sözlərinə görə, danışıqların nəticəsi olaraq bu prosedurun müddətində müəyyən uzadılma olacaq: «Köç komissiyası hazırda iş aparır və yaxın günlərdə daha bir toplantının keçirilməsi gözlənilir. Ümid edirik ki, yaxın vaxtlarda 67 illik ayrılıqdan sonra biz doğma torpaqlarımıza dönəcəyik».

Ş. Sərvərovun sözlərinə görə, köçürülmə mərhələlərlə həyata keçiriləcək. Bura müvafiq qərarın qəbulu, qaçqınlardan qayıdışla bağlı ərizələrin toplanması, geri qayıdanlara statusun verilməsi və s. daxildir. Hazırda bütün bu prosedurlar Gürcüstan tərəfi ilə müzakirə olunmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR