Bank Of Baku

Yaxın günlərdə Azərbaycan paytaxtında yağmursuz hava şəraiti müşahidə olunacaq

Yaxın günlərdə Azərbaycan paytaxtında yağmursuz hava şəraiti müşahidə olunacaq
# 02 may 2011 09:34 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, bu müddət ərzində havanın temperaturu gecə saatlarında 9-14, gündüz saatlarında 15-20, ayın 4-də isə bəzi yerlərdə 23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə mayın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə saatlarında 8-13, gündüz 17-22, dağlarda isə gecə saatlarında 2-7, gündüz 9-11 dərəcə isti olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR