Bank Of Baku

Elmi-Cərrahlıq Mərkəzində Tibbi-İnformasiya Sisteminin tətbiqinə başlanılıb

Elmi-Cərrahlıq Mərkəzində Tibbi-İnformasiya Sisteminin tətbiqinə başlanılıb
# 02 may 2011 09:56 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Mustafa Topçubaşov adına Elmi-Cərrahlıq Mərkəzində səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən Nümunəvi Tibbi-İnformasiya Sisteminin (NTİS) tətbiqinə başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə Elmi – Cərrahlıq Mərkəzində daxili mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılıb, 40 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub və hər birinə NTİS–in proqram təminatı yazılıb. Müxtəlif profilli cərrahi əməliyyatların aparılması ilə məşğul olan bu mərkəzdə xəstələrə göstərilən bütün növ tibbi xidmətlərin, onların müalicə və müayinə nəticələrinin, cərrahi əməliyyatlarının sistemə daxil edilməsi üçün şərait yaradılıb. NTİS-nin fəaliyyətini təmin etmək üçün tələb olan serverlər, əməliyyat sistemləri və müxtəlif servislər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin və Akgün Yazılım şirkətinin mütəxəssisləri tərəfindən qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR