Bank Of Baku

Akademik Budaq Budaqovun “Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr haqqında” kitabı Ukraynada nəşr olunub

Akademik Budaq Budaqovun “Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr haqqında” kitabı Ukraynada nəşr olunub
# 02 may 2011 10:45 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Akademik Budaq Budaqovun “Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr haqqında” kitabı Ukraynada nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab Sevastopol şəhərindəki “Delta” nəşriyyatı tərəfindən rus dilində çap olunub. Kitabda oxuculara Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və müxtəlif aspektləri barədə məlumat verilib. Müəllif ötən əsrin 80-ci illərinin axırlarında bilavasitə şahidi olduğu hadisələrdən geniş bəhs edib. Kitabda azərbaycanlıların Ermənistandan deportasiyasının mərhələlərinə də toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR