Bank Of Baku

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış keçirilir

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış keçirilir
# 02 may 2011 10:48 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Balakən rayonunda paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış keçirilir. APA-nın yerli bürosunun məlumatına görə, Balakən Aviasiya Mərkəzində təşkil edilmiş yarışlar Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) təşəbbüsü ilə baş tutub. Yarışlarda Azərbaycan paraşütçüləri ilə birlikdə Rusiya, Belarus, Qazaxıstan və Tacikistan da hər biri 5 paraşütçüdən ibarət komanda ilə təmsil olunub.
Bu gün paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarışın açılışı olub.
Mərasimdə Azərbaycan KHVTİC-in sədri, general-mayor Novruzəli Orucov, MDB DOSAAF-ın sədri general-polkovnik Sergey Mayev və Balakən rayon İcra Hakimiyyətinin rəhbərliyi çıxış edərək, yarış iştirakçılarına xatirə hədiyyələri təqdim edib.

Yarışların sonuncu günü qalib komandalara mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan KHVTİC-nin təşəbbüsü ilə artıq üçüncü ildir ki, Balakən Aviasiya Mərkəzində Heydər Əliyevin anadan olması münasibətilə MDB dövlətlərinin orduya, aviasiyaya, donanmaya könüllü yardım cəmiyyətlərinin komandaları arasında paraşütdən dəqiq tullanma üzrə beynəlxalq yarış keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR