Bank Of Baku

Azərbaycanda “Quş qripi” ilə bağlı növbəti monitorinqə start verilib

Azərbaycanda “Quş qripi” ilə bağlı növbəti monitorinqə start verilib
# 02 may 2011 12:43 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi”nin köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq mayın 2-də növbəti monitorinqə start verib. DBX-nın mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, monitorinq DBX-nin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də «Ovçular və balıqçılar» Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Tədbirin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi, eləcə də monitorinq müddətində ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan quşlardan nümunələrin götürülməsi nəzərdə tutulur.

Köçəri və ev quşlarından götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr mayın 13-də ictimaiyyət üçün açıqlanacaq.

DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin 563-50-06 nömrəli “Qaynar xətt”inə müraciət etsinlər.

Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda DBX xatırladır ki, heyvanlar, o cümlədən quşlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Xidmət bildirir ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR