Bank Of Baku

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualtı seysmik stansiyalar ABŞ şirkətinin istehsalı olan avadanlıqlarla işləyəcək

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualtı seysmik stansiyalar ABŞ şirkətinin istehsalı olan avadanlıqlarla işləyəcək
# 02 may 2011 12:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Xəzər dənizinin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılması üçün lazım olan texniki avadanlıqların alınması ilə bağlı sənədləşmə işləri başa çatmaqdadır. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, sualtı stansiyaların quraşdırılması üçün texniki avadanlıqlar Amerikanın “Kinemetrics” şirkətinin istehsalı olacaq. Mərkəz direktoru deyib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən digər seysmik stansiyalar da məhz bu şirkətin istehsalı olan texniki avadanlıqlarla işləyir.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı seysmik stansiyalar ilk əvvəl “Ümid”, “Günəşli” və “Şahdəniz” yataqlarının yaxınlığında quraşdırılacaq. Ümumilikdə Xəzərin Azərbaycan sektorunda 10 sualtı seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR