Bank Of Baku

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı ictimai müzakirə keçiriləcək

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı ictimai müzakirə keçiriləcək
# 02 may 2011 12:56 (UTC +04:00)
Bakı – APA. Mayın 3-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Dövlət Proqramının ictimai müzakirəsi olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işçi qruplar üzrə keçiriləcək müzakirələrdə “Gənclərin sosial müdafiəsi və sağlamlığı”, “Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi”, “Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi”, “Elm, təhsil və gənclərin yaradıcılıq potensialının inkişafı” və “Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətində iştirakı. Beynəlxalq əməkdaşlıq və mübadilə” mövzuları ilə bağlı fikir mübadiləsi aparılacaq.

İctimai müzakirələrdə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı konkret təkliflər nəzərdən keçiriləcək və gəncliyin problemlərinin həllinə güclü təsir edən mexanizmlərə baxılacaq.
Gənclər təşkilatlarının nümayəndələri, müxtəlif sahələrdə uğur əldə etmiş gənclər, müxtəlif dövlət orqanlarının nümayəndələrinin iştirak edəcəyi müzakirələrə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və digər rəsmi şəxslər də qatılacaq.
Qeyd edək ki, proqramın hazırlanması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev 6 aprel 2011-ci il tarixli sərəncam imzalayıb, dövlət orqanlarının və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR