Bank Of Baku

Bakı Dövlət Universitetinin dekanı Türkdilli Xalqların Beynəlxalq Hüquq Assosiasiyasının vitse-prezidenti seçilib

Bakı Dövlət Universitetinin dekanı Türkdilli Xalqların Beynəlxalq Hüquq Assosiasiyasının vitse-prezidenti seçilib
# 02 may 2011 13:29 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Aprelin 27-29-da Qazaxıstanın paytaxtı Astana şəhərində simpozium keçirilib. Tədbirdə Türkdilli Xalqların Beynəlxalq Hüquq Assosiasiyası təsis edilib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məhəmməd İmanlınıln APA-ya verdiyi məlumata görə, simpoziumda qurumun nizamnamə və əsasnaməsi qəbul edilib. Həmin sənədlərə uyğun olaraq qurumu idarə edəcək rəhbər orqanlar da yaradılıb. Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Baxıtcan Abdıraimov qurumun prezidenti seçilib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məhəmməd İmanlı və Türkiyə Ədliyyə Akademiyasının prezidenti Hüseyn Yıldırım isə qurumun vitse-prezidentləri seçiliblər.

Qeyd edək ki, Türkdilli Xalqların Beynəlxalq Hüquq Assosiasiyası bütün türkdilli xalqların hüquq sistemlərini təhlil edəcək, nəticələri türkdilli xalqların dillərində və ingilis dilində kitabça şəkilində çap edəcək. Qurumun iclasları hər il keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR