Bank Of Baku

Azərbaycan üzrə radon xəritəsi tərtib ediləcək

Azərbaycan üzrə radon xəritəsi tərtib ediləcək
# 02 may 2011 14:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ölkə üzrə radon xəritəsi tərtib edəcək. Bu barədə APA-ya institutun geoloji mühitin qamma spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev məlumat verib. O bildirib ki, İsveçrənin Elm Fondu və Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən layihə əsasında Azərbaycanın rayonlarında yaşayış binalarında radon qazının yaratdığı problemlər araşdırılıb. Bu məqsədlə müxtəlif rayonlardakı yaşayış məntəqələrinə 2500 detektor paylanılıb. Araşdırmaların nəticələri təhlil olunmaq üçün İsveçrəyə göndərilib. Layihənin nəticələrindən asılı olaraq Səhiyyə Nazirliyi regionlarda radon qazının yaratdığı problemləri aradan qaldırmaq üçün tədbirlər görəcək.

Ç. Əliyevin sözlərinə görə, radon qazı yeraltı çatlardan və tikinti materiallarından yaranır. Bu qazın normal miqdarı köhnə yaşayış evlərində 200 bk/kub metr, yeni evlərdə isə 100 bk/kub metrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR