Bank Of Baku

Gədəbəydə qəzalı vəziyyətdə olan körpü yenidən qurulur

Gədəbəydə qəzalı vəziyyətdə olan körpü yenidən qurulur
# 03 may 2011 08:20 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov - APA. Gədəbəy rayonunun Saratovka kəndində, Fındıqlı çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan avtomobil körpüsünün yenidən qurulmasına başlanılıb. Yeni körpünün tikintisinə 4 milyon manatadək vəsait ayrılıb. Gədəbəy rayon İcra Hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə “Gəncə Körpü 2” ASC həyata keçirir. Yeni körpünün eni 10, aşırımı isə 72 metr olacaq.
Bu körpüdən Gədəbəy rayonunun Şınıq inzibati ərazisində yerləşən 50-dək kənd sakinləri istifadə edir. Həmçinin körpü Ermənistanla sərhəddə yerləşən kəndləri rayon mərkəzi ilə birləşdirdiyindən, körpüdən hərbi hissələrin avtomobil və texnikaları istifadə etdiyindən böyük strateji əhəmiyyətə maildir.
Qeyd edək ki, Saratovka kəndində Fındıqlı çayı üzərində yerləşən körpü ötən ilin iyun ayında aramsız yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR