Bank Of Baku

AVCİYA Xaçmazda seçici hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirib

AVCİYA Xaçmazda seçici hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirib
# 03 may 2011 08:24 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xaçmaz şəhərində növbəti seminar keçirib. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihə çərçivəsində baş tutub.
Tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbir iştirakçıları öz çıxışlarında seçki şikayətlərinə baxılması prosedurunun nisbətən sadələşdirilməsinə, Seçki Məcəlləsinə beynəlxalq standartlara uyğun bir sıra dəyişikliklərin edilməsinə ehtiyac olduğunu xüsusi qeyd ediblər.
Seminarda QHT nümayəndələri, müəllimlər, KİV və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirin sonunda AVCİYA – nın Seçki Məcəlləsinə dəyişiklər edilməsi ilə bağlı tövsiyələri iştiRakçıların nəzərinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR