Bank Of Baku

Mayın 15-dən Bakı və Abşeron çimərliklərində monitorinqlərə başlanacaq

Mayın 15-dən Bakı və Abşeron çimərliklərində monitorinqlərə başlanacaq
# 03 may 2011 08:35 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi cari ilin çimərlik mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlayıb. Mərkəzin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun APA-ya verdiyi məlumata görə, mayın 15-dən Bakı və Abşeron çimərliklərində dəniz suyunun analizlərinin aparılması məqsədilə monitorinqlərə başlanacaq. O bildirib ki, suyun analizi çimərliklərdə vəba və kəskin mədə-bağırsaq xəstəliklərini törədən bağırsaq çöplərinin olub-olmadığını müəyyənləşdirmək üçün aparılacaq: “Monitorinq zamanı dəniz suyundan nümunələr götürüləcək. Bu proses oktyabrın 1-dək davam etdiriləcək. Çimərliklərdə monitorinqin ilkin nəticələri araşdırmadan sonra bəlli olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR