Bank Of Baku

Cexiya llə Azərbaycan arasında sosial təminatla bağlı yeni saziş layihəsi müzakirə olunacaq

Cexiya llə Azərbaycan arasında sosial təminatla bağlı yeni saziş layihəsi müzakirə olunacaq
# 03 may 2011 09:42 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Çexiyanın sığorta-pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, mayın 7-dək davam edəcək səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni sazişin layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə ediləcək.

Çexiyanın sığorta-pensiya orqanının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə budəfəki səfəri zamanı keçiriləcək görüşlərdə layihə ilə bağlı danışıqların ikinci mərhələsi aparılacaq. Bundan başqa, nümayəndə heyəti DSMF Aparatının işi, burada qurulan müasir məlumatlandırma sistemi, həmçinin Fondun rayon şöbələrinin fəaliyyəti ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR