Bank Of Baku

Geologiya İnstitutunun direktoru: “Azərbaycanda, xüsusən Abşeron yarımadasında geodinamik aktivləşmə var”

Geologiya İnstitutunun direktoru: “Azərbaycanda, xüsusən Abşeron yarımadasında geodinamik aktivləşmə var”
# 03 may 2011 10:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib. Layihənin ölkə prezidentinin göstərişi ilə hazırlandığını deyən A. Əlizadə Azərbaycanda belə bir layihənin hazırlanmasına ehtiyac olduğunu bildirib: “Son zamanlar Yer planeti geodinamik aktivləşmə vəziyyətindədir. Eyni aktivləşmə Azərbaycanda, xüsusən Abşeron yarımadasında da hiss olunur”.

AMEA təmsilçisi ölkədə seysmologiya elminə aid xeyli problemlərin olduğunu da qeyd edib: “Biz Azərbaycanın strateji obyektlərində seysmoloji monitorinq yaratmağı nəzərdə tuturuq. Seysmik stansiyaların yeni şəkildə qurulması, həmin stansiyalarda kompleks şəkildə həm maqnit sahələri, həm qravimetrik sahələrin, həm elektrik sahələrinin öyrənilməsi çox vacibdir. Dənizdibi seysmoqraflar neft platformalarında yerin geodinamikasının öyrənmək üçün çox zəruridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR