Bank Of Baku

AMEA-nın vitse-prezidenti: “Azərbaycanın Salyan rayonundan Hacıqabula qədər olan ərazidə yaranmış çat diqqətlə izlənilir”

AMEA-nın vitse-prezidenti: “Azərbaycanın Salyan rayonundan Hacıqabula qədər olan ərazidə yaranmış çat diqqətlə izlənilir”
# 03 may 2011 10:44 (UTC +04:00)
Yaxın zamanlarda Geologiya İnstitutunun alimləri yenidən həmin əraziyə gedərək monitorinqlər aparacaqlar”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib. A. Əlizadə baş verən hadisənin geodinamik aktivləşmə və Yerdaxili proseslərin nəticəsi olduğunu söyləyib. Monitorinqlər başa çatandan sonra Geologiya İnstitutu baş verən hadisə ilə bağlı ilkin rəy hazırlayacaq.

Qeyd edək ki, mart ayının əvvəllərindən başlayaraq Salyan rayonundan Hacıqabula qədər olan ərazidə torpaq qatında qırılma baş verib. Həmin ərazinin dənizə baxan şərq hissəsi 5-10 sm aşağı düşüb. Bəzi yerlərdə kiçik palçıq vulkanları əmələ gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR