Bank Of Baku

Azad Rəhimov: ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında çoxlu sayda yeniliklər olacaq”

Azad Rəhimov: ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında çoxlu sayda yeniliklər olacaq”
# 03 may 2011 11:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflər toplanır. Deyə bilərəm ki, bu proqramda çoxlu sayda yeniliklər olacaq”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, təkliflər sırasında Azərbaycan Gənclər Mərkəzinin və Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər mütərəqqi hesab oluna bilər: “İnanırıq ki, qeyd etdiyim qurumların yaradılması ilə bağlı təkliflər proqrama salınacaq. Məsələn, Gənclər Fondunun əsas məqsədi bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin layihələrin maliyyələşdirilməsidir”.

Proqramda gənclərin sosial problemlərinin həllinə də yer ayrıldığını deyən A. Rəhimov bildirib ki, bu proqramın konkret istiqamətlər üzrə formalaşdırılması nəzərdə tutulur: “Gənclərin mənzillə təmin olunmasına gəldikdə deyə bilərəm ki, ölkədə sosial ipoteka fəaliyyətdədir. Əlbəttə bu sosial ipotekanın daha geniş və güzəştli olmasını istərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR