Bank Of Baku

Geologiya İnstitutunda məktəblilər üçün “açıq qapı” günü keçirilib

Geologiya İnstitutunda məktəblilər üçün “açıq qapı” günü keçirilib
# 03 may 2011 11:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda Zərifə Əliyeva adına orta məktəbin 10 və 11-ci sinif şagirdləri üçün açıq “açıq qapı” keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru Akif Əlizadə bildirib ki, 70 ildən çox yaşı olan Geologiya İnstitutu Azərbaycanda neft-qaz sənayesinin inkişafı prosesində yaradılıb. Azərbaycanda yer elmlərinin inkişafı gündəmdə olduğunu və ölkə prezidenti tərəfindən Xəzər Elmi Mərkəzinin yaradılması ilə bağlı sərəncam verildiyini deyən A. Əlizadənin sözlərinə görə, Xəzər dənizi ilə bağlı tədqiqatlar daha da genişləndiriləcək: “Bu, Azərbaycan üçün çox vacibdir. Bakı bütün dünyada neft ixrac edən iri mərkəzlərdən birinə çevrilib. Buna görə də Xəzərin geoloji, bioloji, seysmik vəziyyətinin öyrənilməsi çox vacibdir”.

A. Əlizadə deyib ki, Azərbaycanda 300-dən çox palçıq vulkanı var. Dünyada mövcud olan palçıq vulkanlarının təxminən yarısı Azərbaycanda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR