Bank Of Baku

İribuynuzlu heyvanlara dabaq xəstəliyinə qarşı peyvənd vurulur

İribuynuzlu heyvanlara dabaq xəstəliyinə qarşı peyvənd vurulur
# 03 may 2011 11:43 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiyaya start verilib. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, vaksinasiya ölkənin bütün rayonlarını əhatə edir.

Y. Xanvəli bildirib ki, hazırda dabaq xəstəliyi ilə bağlı respublikada epizootik vəziyyət sabitdir. Məqsəd qonşu ölkələrdən, əsasən də cənub tərəfdən bu xəstəliyin keçmə ehtimalının qarşısını almaqdır.

Vaksinasiya buynuzlu heyvanların yaylaqlara çıxarılmasına qədər davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR