Bank Of Baku

Azərbaycan çaylarında sululuq səviyyəsi artıb

Azərbaycan çaylarında sululuq səviyyəsi artıb
# 03 may 2011 13:49 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Azərbaycan ərazisində mayın 1-2-də yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin ərazisindən axan Kişçay, Kürmükçay, Şinçay, Zəyzitçay, Küngütçay, Əyriçay, Başdaşağılçay, Talaçay, Balakənçay, Katexçay, Mazımçay, Ağçay çaylarında sululuq kəskin artıb, Talaçaydan sel keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 1167 m3/san, yəni ongünlük normanın 162 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 350 m3/san, yəni ongünlük normanın 177 faizini təşkil edir.

Son günlər yağan yağışlarla əlaqədar Kür çayında və onun qollarında sululuğun artması nəticəsində Kürün aşağı axınında səviyyənin artımı müşahidə olunub. Belə ki, son üç gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 10 santimetr, Şirvanda 9, Salyanda 11, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 12 santimetr artıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 728 santimetr, Şirvanda 635, Bankədə 375, Salyanda 550, Araz çayının Novruzlu məntəqəsində isə 460 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR