Bank Of Baku

Bakıda informatika üzrə I Beynəlxalq Olimpiada başlayır

Bakıda informatika üzrə I Beynəlxalq Olimpiada başlayır
# 03 may 2011 15:17 (UTC +04:00)
Bakı – APA. Mayın 4-də Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü və BMT tərəfindən elan olunmuş beynəlxalq gənclər ili çərçivəsində Şərqi Avropa və MDB ali məktəb tələbələri arasında informatika üzrə I Beynəlxalq Olimpiada başlayır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, olimpiadanın keçirilməsində əsas məqsəd tələbələrdə elmi bilik və fəaliyyətə marağın artması, elmi cəmiyyət, dərnək, xüsusi kursların fəaliyyətinin artırılması zəminində həvəsləndirmə, xüsusi istedadlı tələbələrin aşkarlanması üçün şəraitin yaradılması və onların kollektivdə işləmək bacarıqlarının artırılmasıdır.

Tədbirə Belarus, Qazaxstan, Latviya, Özbəkistan, Estoniya, Qırğızıstan, Ukrayna və Gürcüstandan 33 tələbə qatılır.

Azərbaycan bu yarışda Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Qafqaz universitetindən olan 9 tələbə ilə mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR