Bank Of Baku

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 27 dərəcəyə çatacaq, şimal və qərb rayonlarında intensiv yağış yağacaq, dolu düşəcək

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 27 dərəcəyə çatacaq, şimal və qərb rayonlarında intensiv yağış yağacaq, dolu düşəcək
# 04 may 2011 08:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 6-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 5-də gün ərzində əksər rayonlarda havanın yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam və gecə, əsasən, şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Cənub küləyi əsəcək. Gecə 10-14, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 6-da gün ərzində havanın yağmursuz keçəcəyi, gecə və axşam, əsasən, şimal və qərb rayonlarında isə şimşək çaxacağı, intensiv yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR