Bank Of Baku

Rasim Əliquliyev: “İnformasiya təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq hüquqi baza formalaşdırılmalıdır”

Rasim Əliquliyev: “İnformasiya təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq hüquqi baza formalaşdırılmalıdır”
# 04 may 2011 09:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib. O, Azərbaycanda informasiya texnologiyalarının inkişaf etdiyini söyləyib və ən geniş platformalardan birinin internet olduğuna diqqət çəkib: “Kompüterləşmə prosesi elə səviyyəyə çatıb ki, bu məkanda müxtəlif təhlükələrlə - virus, spam növləri və digər təhlükələrlə üzləşmək mümkündür. Ona görə də Azərbaycanda bu sahədə təhlükəsizlik sisteminin yaradılması vacibdir. İnformasiya sahəsi insan təhlükəsizliyinin əsas faktorlarından birinə çevrilib. Bunun təmin olunması üçün kompleks tədbirlər görmək lazımdır. İlk növbədə bu sahədə beynəlxalq hüquqi baza formalaşdırılmalıdır. Çünki insanlara informasiya azadlığı verilib, lakin informasiya təhlükəsizliyi təmin olunmur. İnternetin hüquqi bazası da yaradılmalıdır. İnternet özünütənzimləmə mexanizmlərinə malik olmalıdır və bu, hansısa ölkənin qanunvericiliyi çərçivəsində deyil, beynəlxalq hüquq əsasında olmalıdır”.

İnstitutun hansısa konkret təkliflər hazırlayıb-hazırlamadığı barədə sualı cavablandıran alim bildirib ki, Azərbaycanda Milli İnformasiya Təhlükəsizliyi Sistemi formalaşdırılır və bu istiqamətdə iş aparılır: “Bizim institut 1995-ci ildən bu sahədə tədqiqatlar aparır və artıq müəyyən nəticələr var”.

“İnternetin tənzimlənməsi necə olmalıdır”, sualına cavab verən R. Əliquliyev hazırda BMT strukturlarının tədqiqatlar apardığını və bu sahədə beynəlxalq proqramlar hazırladığını vurğulayıb: “Hansısa ölkədə internetin tənzimlənməsindən söhbət getmir, bununla beynəlxalq strukturlar məşğul olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR