Bank Of Baku

Azərbaycanın təhsil naziri Türkiyənin Hacəttəpə Universitetinin rektorunu qəbul edib

Azərbaycanın təhsil naziri Türkiyənin Hacəttəpə Universitetinin rektorunu qəbul edib
# 04 may 2011 14:28 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov Türkiyənin Hacəttəpə Universitetinin rektoru Uğur Erdenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov Azərbaycanla Türkiyə arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkən nazir, mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

U. Erdener isə bildirib ki, Hacəttəpə Universitetində dünyanın 70 ölkəsindən 800 əcnəbi tələbə təhsil alır. Qəbul planı həddinə görə əcnəbi tələbələrin sayını istədikləri miqdara qədər artıra bilmədiklərini söyləyən qonaq bütün bunlara baxmayaraq, Azərbaycandan daha çox tələbənin Hacəttəpədə təhsil almasında maraqlı olduqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR