Bank Of Baku

Balakəndə keçirilən paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış sona çatıb

Balakəndə keçirilən paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış sona çatıb
# 04 may 2011 15:07 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Balakən rayonunda keçirilən paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarışlar sona çatıb. APA-nın yerli bürosunun məlumatına görə, artıq üçüncü ildir ki, Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) və Balakən rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə mayın 10-da - Heydər Əliyevin doğum günü münasibətilə Balakən Aviasiya Mərkəzində paraşütlə dəqiq tullanma üzrə Beynəlxalq yarış keçirilir. Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Tacikistanın idmançı paraşütçülərinin qatıldığı beynəlxalq yarışa mayın 2-də start verilib. Belarusu təmsil edən komanda yüksək göstəricilər əldə edərək yarışın qalibi olub. İkinci yerə Rusiya, üçüncü yerə isə Azərbaycanın idmançıları layiq görülüb. Qazaxıstan və Tacikistan komandaları 4-cü və 5-i yerləri bölüşdürüb. KHVTİC-nin sədri, general-mayor Novruzəli Orucov tədbirdə çıxış edərək qalib komandaları təbrik edib. Turnirin sonunda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR