Bank Of Baku

Abel Məhərəmov: “Boloniya prosesinə əsasən, tələbə dərslərin 30 faizində iştirak etmirsə, avtomatik şəkildə ali məktəbdən xaric olunur”

Abel Məhərəmov: “Boloniya prosesinə əsasən, tələbə dərslərin 30 faizində iştirak etmirsə, avtomatik şəkildə ali məktəbdən xaric olunur”
# 04 may 2011 15:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Radikal müxalifətin kütləvi aksiyalarında iştirak edən tələbələr təhsil uğursuzluqlarını mitinqlərdə iştirak etməklə kompensasiya etmək istəyirlər”.

Bu açıqlamanı APA-ya Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov verib. Onun sözlərinə görə, BDU-dan xaric olunan 2 tələbə davamiyyətə diqqət yetirmədiklərinə və imtahan kəsirlərinin olması ilə əlaqədar ali məktəbdən çıxarılıblar: “Biz ona dəfələrlə güzəşt etdik. Lakin bunlara əhəmiyyət verilmədi. Bilirsiniz, bəzən deyirlər ki, Boloniya prosesində dərsə gəlməmək mümkündür. Xeyr, belə bir məsələ yoxdur. Biz, Boloniya prosesinə tam şəkildə qoşulmuşuq və onun xüsusiyyəti ondan ibarətdir ki, tələbə 30 faiz dərs buraxarsa, avtomatik ali məktəbdən xaric olunur. Yəni bu tələbələrin heç bir yerə müraciət etməsinin əhəmiyyəti yoxdur”.

A. Məhərrəmov qeyd edib ki, universitetdən qovulanlar özünü müxalifətçi kimi təqdim edən, əslində oxumayan tələbələrdir: “Oxumamaqlarını gizlətmək üçün bu cür meyllərə yönəldirlər və məsələni siyasiləşdirirlər. Fikrimcə, elə bunlar oxumadıqlarına görə, gedib oralara çıxıblar ki, bəlkə “imdad” ağacından yapışa bilsinlər. Qısası, bunlar oxumayan, təhsil almaq istəməyən tələbələrdir. Əgər Avropa Birliyinə müraciət edirlərsə, qoy bunu etsinlər. Əslində biz elə Avropadan gələn Boloniya prosesinə uyğun olaraq həmin tələbələri xaric etmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR