Bank Of Baku

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə 106 müraciət daxil olub

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə 106 müraciət daxil olub
# 05 may 2011 07:42 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə aprel ayı ərzində 106 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 72, havadan gələn kəskin qoxu ilə bağlı 3, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, yerin təkindən istifadə ilə bağlı 1, çirkab suların axıdılması ilə bağlı 3, radiasiya ilə bağlı isə 1 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 5 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb, 16 müraciət isə öz təsdiqini tapmayıb. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 72 müraciətdən 67-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclara müvafiq rəy və təkliflər verilib, 2 müraciət əsassız hesab edilib, 3 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması və radiasiya ilə əlaqədar daxil olmuş 13 müraciətdən 2-si ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 11 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb. Araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR