Bank Of Baku

Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi başlayıb

Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi başlayıb
# 05 may 2011 09:11 (UTC +04:00)
APA-nın məlumatına görə, bu kampaniya Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, “Təmiz dünya” ictimai birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə keçirilir.

Kampaniyaya həsr olunmuş mətbuat konfransında çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbər müavini Melissa Stoun bildirib ki, insan alveri qlobal problemdir və bir çox ölkələrdə mövcuddur: “Biz analoji kampaniyanı ötən il də keçirmişik. Kampaniya çərçivəsində “Qaynar xətt”imizə 500-dək zəng daxil olub. Şadıq ki, gördüyümüz işlər cəmiyyətdə reaksiya doğurur, çünki bu kimi kampaniyalar əhalinin bu problemlə bağlı maarifləndirilməsinə yönəlib. Azərbaycan hökuməti də Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Konvensiyasına qoşulmaqla trafikinq problemini özünün əsas prioritetlərindən biri elan edib”.

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev kampaniya çərçivəsində görüləcək işlər barədə məlumat verib. Onun sözlərinə görə, qeyd olunan kampaniya mayın 6-dan 16-dək davam edəcək. Kampaniya çərçivəsində televiziya və radioda qeyd olunan problemə həsr olunmuş xüsusi proqramlar yayımlanacaq, diskussiyalar təşkil olunacaq, insan alverinə qarşı mübarizəni əks etdirən buklet və plakatlar paylanacaq. Mayın 13-də ATƏT-in Bakı Ofisi insan alverinə qarşı mübarizəyə həsr edilmiş seminar keçirəcək, mayın 16-da isə Azərbaycan qanunvericiliyinin Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Konvensiyasına uyğunluğuna həsr olunmuş dəyirmi masa təşkil ediləcək. Bundan başqa kampaniya çərçivəsində İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunmuş konsert proqramının təşkili də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR