Bank Of Baku

“Əlilliyi olan insanların əmək hüquqları - problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Əlilliyi olan insanların əmək hüquqları - problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
# 05 may 2011 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının təşkilatçılığı ilə 5 may – Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş “Əlilliyi olan insanların əmək hüquqları – problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, 2006-cı ildə BMT-nin “Əlillərin hüquqları haqqında” konvensiyası qəbul olunub, Azərbaycan bu konvensiyanı 2008-ci ildə ratifikasiya edib. Ölkədə əlilliyi olan insanlarla əlaqədar son illər böyük işlərin görüldüyünü söyləyən E. Süleymanova deyib ki, hazırda bütün dünya əhalisinin 10 faizini əlillər təşkil edir, Azərbaycanda isə onların sayı 400 min nəfərdən çoxdur.

Ombudsmanın əlillərin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov isə xatırladıb ki, əlillərin hüquqlarının müdafiəsi insan haqları üzrə Milli Fəaliyyət Planının əsas prioritetlərindən biridir: “Ombudsmanın müraciəti nəzərə alınaraq ölkəyə dayaq-hərəkət sistemi pozulmuş insanlar üçün münasib şəraitə malik insanlar üçün 69 avtobus gətirilib, əlillər üçün münasib olan 457 avtobus dayanacağı tikilib, gözdən əlillərin istifadə edə bilməsi üçün paytaxtın bəzi yerlərində səsli işıqforlar quraşdırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR