Bank Of Baku

Bu il Azərbaycanda məcburi köçkünlərin mənzil təminatı ilə bağlı bir sıra layihələr həyata keçiriləcək

Bu il Azərbaycanda məcburi köçkünlərin mənzil təminatı ilə bağlı bir sıra layihələr həyata keçiriləcək
# 05 may 2011 11:02 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənovun sözlərinə görə, hazırda Goranboyda 9 ədəd beş mərtəbəli binanın tikintisi gedir, bu il həmin binalar təhvil veriləcək: «Bu binalara Naftalan şəhərində yerləşən sanatoriyalardakı məcburi köçkünlər köçürüləcək. Artıq 2 yataqxana köçürülüb, qalan 4 yataqxananın köçürülməsi prosesi başa çatdırılacaq. Bu il tikilən 9 və 5 mərtəbəli binaların fasadları üzlənəcək».

Bundan başqa, Mingəçevir şəhərində 10 ədəd 9 mərtəbəli bina tikiləcəyini deyən Ə. Həsənovun sözlərinə görə, Mingəçevirdə bina tikintisi üçün ayrılmış birinci yer yararsız çıxıb: «Yeni yer ayrılıb. Gələn həftə orada tikinti işlərinə başlanacaq. Çalışacağıq ki, orada tikinti işlərini bu il başa çatdıraq. Mingəçevirdəki bütün məktəblərdəki köçkünlər köçürüləcək».

«Qaçqınkom» sədri Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 500-dən çox fərdi evin tikildiyini də qeyd edib. Taxtakörpüdə işlər yaxın aylarda yekunlaşacaq və ora fin qəsəbələrindən məcburi köçkünlər köçürüləcək. Növbəti illərdə Taxtakörpüdə Laçın məcburi köçkünləri üçün daha bir qəsəbə inşa olunacaq.

Bakıdakı yataqxanalardan da məcburi köçkünlərin köçürülməsinə hazırlıq getdiyini deyən Ə. Həsənov Bakı Dövlət Universitetinin 2 yataqxanası üçün Masazır gölü ətrafında torpaq sahəsi ayrıldığını vurğulayıb. Burada cari il ərzində tikinti işlərinə başlanacaq. BDU-nun rektorunun yataqxanaların eyni vaxtda köçürülməsi təklifinə münasibət bildirən «Qaçqınkom» sədri bunun üçün torpaq sahəsi və tikintinin aparılması üçün vəsaitin lazım olduğunu deyib.

«Qaçqınkom» rəhbəri paralel olaraq İmişli və Şəki rayonlarında da yeni qəsəbələrin tikintisi üçün layihə işlərinin aparıldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR