Bank Of Baku

Azərbaycan Ombudsmanı MTRŞ-ya müraciət edib

Azərbaycan Ombudsmanı MTRŞ-ya müraciət edib
# 05 may 2011 11:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ombudsman Elmira Süleymanova Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib. APA-nın məlumatına görə, bu barədə Ombudsman bu gün “Əlilliyi olan insanların əmək hüquqları: problemlər və perspektivlər” mövzusunda keçirilən dəyirmi masada bildirib.

E. Süleymanova deyib ki, MTRŞ-ya edilən müraciətdə eşitmə qabiliyyətini tam və ya qismən itirmiş əlillərin zəruri informasiyalarla təmin olunması sahəsində problemləri aradan qaldırmaq üçün ictimai əhəmiyyəti olan informasiya və digər televiziya verilişlərinin, o cümlədən əlillərin cəmiyyətə sosial inteqrasiyası problemlərini işıqlandıran proqramların subtitrləşdirilməsi üçün tədbirlərin görülməsini xahiş edib.

Ombudsmsanın məktubunda subtitrlərlə kino və video məhsulların buraxılması da təklif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR