Bank Of Baku

Azərbaycanda 252 ambulator, 79 stasionar və 266 stomatoloji xidmət göstərən tibb müəssisələri fəaliyyət göstərir

Azərbaycanda 252 ambulator, 79 stasionar və 266 stomatoloji xidmət göstərən tibb müəssisələri fəaliyyət göstərir
# 05 may 2011 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Hazırda ölkədə 252 ambulator, 79 stasionar və 266 stomatoloji xidmət göstərən tibb müəssisələri fəaliyyət göstərir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Lisenziyalaşdırma Komissiyasının sədri Əbülfəz Abdullazadə deyib. O bildirib ki, bu il 144 müəssisə əczaçılıq və tibb xidməti göstərilməsinə lisenziya almaq üçün nazirliyə müraciət edib: “İndiyə kimi əczaçılıq sektorunda dərman vasitələrinin idxalı ilə məşğul olan 82 müəssisə və 554 aptek lisenziyalaşdırılıb”.

Lisenziyalaşdırma prosesinin asanlaşdırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini söyləyən Ə. Abdullazadə Səhiyyə Nazirliyinin maarifləndirmə istiqamətli nəşrlərə üstünlük verdiyini də qeyd edib: “Səhiyyə Nazirliyinin yeni tələbləri və normativ-texniki sənədləri var. Sərgi, seminar və digər tədbirlər keçirməklə yeniliklərlə onları tanış etməyə çalışırıq. Bütün bunlar lisenziya alma prosesində müəssisəyə kömək edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR