Bank Of Baku

Özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunan sərgi-seminar keçirilir

Özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunan sərgi-seminar keçirilir
# 05 may 2011 12:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Səhiyyə Nazirliyində özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunan sərgi-seminar başlayıb. APA-nın məlumatına görə, sərgi-seminarda yaxın 1 il ərzində lisenziyalarının müddəti bitən, tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin rəhbərləri iştirak edir.

Səhiyyə Nazirliyinin Lisenziyalaşdırma Komissiyasının sədri Əbülfəz Abdullazadə jurnalistlərə bildirib ki, özəl tibb və əczaçılıq sektorunda vəziyyət Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. Bu kimi tədbirlərin əsas məqsədi də lisenziyalaşdırma prosesinin asanlaşdırılmasıdır. Ə. Abdullazadə deyib ki, nazirliyin tələbləri lisenziya müddəti bitən 150 müəssisənin rəhbərlərinin diqqətinə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR