Bank Of Baku

Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb
# 05 may 2011 12:13 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilən fənn olimpiadaları qaliblərinin mükafatlandırılmasına həsr olunan mərasim keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, fənn olimpiadaları istedadlı şagirdlərin aşkara çıxarılmasında xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, məktəblilər arasında sağlam rəqabətin yaranmasına gətirib çıxarır.

Məktəblilərin fənn olimpiadaları üç mərhələdə təşkil olunur. 2010-2011-ci dərs ilində olimpiadaların I rayon (şəhər) mərhələsi 2010-cu ilin dekabrında, II rayon (şəhər) mərhələsi 2011-ci ilin yanvarında, respublika mərhələsi isə 2011-ci ilin mart ayında keçirilib. Nazir qeyd edib ki, respublika üzrə 347.052 nəfər IX-XI sinif şagirdindən 29.322 nəfəri I turda, 11.123 nəfəri II turda, 1.132 nəfəri isə respublika turunda iştirak edib. Ümumilikdə 1132 iştirakçıdan 30 nəfər I yer, 40 nəfəri II yer, 66 nəfəri III yer, 256 nəfər isə IV yer üzrə qalib olub.

Olimpiadanın yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax rayonlarının şagirdləri daha fəal iştirak edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, I yer tutmuş XI sinif şagirdlərinə yeni çap edilmiş “Abituriyent” jurnalının I-II sayları hədiyyə ediləcək. I yerə layiq görülən X sinif şagirdləri jurnala bir illik abunə olacaqlar. Birincilik qazanmış IX sinif şagirdlərinə isə qəbul imtahanlarına hazırlaşdıqları fənlər üzrə test kitabçaları və topluları veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR