Bank Of Baku

TQDK sms məlumatlandırma xidmətini istifadəyə verib

TQDK sms məlumatlandırma xidmətini istifadəyə verib
# 05 may 2011 12:40 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sms məlumatlandırma xidməti istifadəyə verilib. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib. “Azercell” Telekom MMC-nin məzmun təminatçısı olan LSİM MMC-nin təqdim etdiyi proqram təminatı vasitəsi ilə artıq istənilən şəxs TQDK-nın yenilikləri barədə məlumatları mobil telefon vasitəsilə əldə edə biləcək. Sms məlumatlandırma xidməti vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyəsinə qəbulla bağlı bütün məlumatları telefon vasitəsilə öyrənmək mümkün olacaq.
Bu xidmətdən yararlanmaq üçün müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək lazımdır. Abunə olmaq istəyən şəxs 4 məlumat blokundan hər hansı birinə, yaxud hamısına abunə ola bilər. Hər blok üçün 1 aylıq abunə haqqı 53 qəpikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR