Bank Of Baku

İçərişəhərdə daha bir “Kitab evi” açılacaq

İçərişəhərdə daha bir “Kitab evi” açılacaq
# 05 may 2011 13:24 (UTC +04:00)
Bakı-APA “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində - Asəf Zeynallı 63 ünvanında yerləşən XVII əsr abidəsi Məktəb-Məsciddə “Kitab evi” fəaliyyət göstərəcək. Bu barədə APA-ya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən tikilmiş Məktəb-Məscid yenicə bərpa edilib, günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilib və fasadı tarixi görkəminə qaytarılıb. Qız Qalası yaxınlığında yerləşən və əvvəlki dövrdə məktəb kimi fəaliyyət göstərərək tələbələrə orta dini təhsil verən Məktəb-Məsciddə yerləşən “Kitab evi”nin açılışı mayın 7-də saat 12: 00-da Qız Qalasının qarşısındakı meydançada baş tutacaq. Açıq havada keçiriləcək tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, eləcədə kitabsevərlər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR